26 may Gürcüstanın Müstəqillik Günüdür
26 may 1918-ci il Müstəqillik Bəyannaməsi ilə Gürcüstan demokratik, hüquqi, insan hüquqlarına əsaslanan, “millətindən və cinsindən asılı olmayaraq, öz sərhədləri daxilində bütün vətəndaşların mülki və siyasi hüquqlarını bərabər şəkildə təmin edən” dövlət olmaq arzusunu ifadə etdi, harda ki, bütün insanlar qanun qarşısında bərabərdir və ayrı-seçkilik qadağan edilibdir.
Gürcüstanın xalq Müdafiəçisi Levan İoseliani və Xalq Müdafiəçisinin Aparatı Gürcüstan xalqını Müstəqillik Günü münasibətilə təbrik edir, fədakarlığı, yorulmaz əməyi və mübarizəsi ilə ölkəmizin müstəqilliyini qazanmış insanların xatirəsinə təşəkkür edir və onların xatirəsini ehtiramla yad edir.