Xalq Müdafiəçisi Avropa Şurasının baş katibi ilə görüşüb
18 dekabr 2024-cü il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani Avropa Şurasının Baş katibi Alain Berse ilə görüşüb.
İclasda ölkədə baş verən hadisələr, siyasi qütbləşmə, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən mitinq iştirakçılarına düzgün münasibət göstərməməsi faktları, sərbəst toplaşmaq və ifadə azadlığı ilə bağlı ümumi vəziyyətdən danışılıb.
Xalq Müdafiəçisi məhbusların və saxlanma zamanı xəsarət alanların insan hüquqlarının müdafiəsi baxımından idarənin fəaliyyətini qonağı təqdim edib.