Xalq Müdafiəçisi Gürcüstan vətəndaşlarını Novruz Bayramı münasibətilə təbrik edir
Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani bu günü qeyd edən bütün Gürcüstan vətəndaşlarını Novruz bayramı münasibətilə təbrik edir, onlara sevinc, cansağlığı və uğurlar arzulayır.
Martın 21-də Gürcüstanın Xalq Müdafiəçisi Marneuli bələdiyyəsinə gələrək Kvemo Kartli regionunda yaşayan Azərbaycan vətəndaşlarını bayram münasibəti ilə şəxsən təbrik edib. Xalq Müdafiəçisi Marneulidə keçirilən tədbirlərdə iştirak edib; Həmçinin Marneuli bələdiyyəsinin Geta kənd sakinləri ilə görüşüb, onlarla söhbət edib, onları bayram münasibətilə təbrik edib.
"Bu gün Xalq Müdafiəçisi kimi ilk dəfədir ki, Novruz bayramındayam, bura gəlməyimdə məqsədim təkcə bayram üçün təbrik etmək deyil, həm də sizin hüquqlarınızı qorumaq mənim üçün prioritet olduğunu sübut etməkdir", - Levan İoseliani bildirib.
Novruz bayramı yazın gəlişi və həyatın yenilənməsi bayramıdır ki, bunu əksər şərq xalqları ənənəvi olaraq 21 martda, yaz bərabərliyi günündə qeyd edirlər.