Xalq Müdafiəçisi Gürcüstan prezidenti ilə görüşüb
22 mart 2023-cü il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşüb.
Təqdimat iclasında dövlət başçısı xalq müdafiəçisini bu vəzifəyə seçilməsi münasibətilə təbrik edib, ona uğurlar arzulayıb. Tərəflər demokratik dəyərlərin standartlarından və qurumun müstəqilliyinin vacibliyindən danışıblar.
Salome Zurabişvili ölkədə insan hüquqlarının müdafiəsi tədbirlərinin aparılmasında Xalq Müdafiəçisinə dəstəyini ifadə edib və əməkdaşlığa hazır olduğunu bildirib.