17 oktyabr Veteranlar Günüdür
Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani Gürcüstan xalqını Veteranlar Günü münasibətilə təbrik edir, onlara cansağlığı, firavanlıq və vətənə sədaqətlərinə görə layiqincə qiymət verilməsini arzulayır.
Bu günlə əlaqədar olaraq xalq müdafiəçisi aparatda çalışan, Abxaziya və Samaçabloda davam edən hərbi əməliyyatlarda iştirak etmiş müharibə veteranları ilə görüş keçirib. Levan İoseliani onlara həm döyüş meydanında, həm də aparatda gördüyü işlərə görə təşəkkür edib.
Qeyd edək ki, Xalq Müdafiəçisi Aparatı öz mandatı çərçivəsində veteranların problemləri və veteranların sosial hüquqlarının müdafiəsi ilə bağlı fəal iş aparır, müxtəlif vaxtlarda bir neçə konstitusiya iddiası hazırlayıb.