Xalq Müdafiəçisi Acarıstanda dövlət məktəbinin şagirdləri ilə görüşüb
26 aprel 2024-cü il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani və Xalq Müdafiəçisinin müavini İrine Çixladze Acarıstanın müxtəlif bələdiyyələrində dövlət məktəblərinin şagirdləri və müəllimləri ilə görüşüblər.
Xalq Müdafiəçisi onları ofisin mandatı ilə tanış edib, uşaq hüquqları, azyaşlıların nikahı, uşaq əməyi, bulinq mövzusundan danışıb, o cümlədən internet məkanında. O, təhsil və uşaq hüquqlarının müdafiəsi baxımından mövcud problemlərin aradan qaldırılmasında məktəbin roluna da diqqət çəkib.
Uşaqlar müzakirədə fəal iştirak etdilər. Sonda Xalq Müdafiəçisi uşaq hüquqları ilə bağlı hazırlanmış məlumat materiallarını tələbələrə paylamışdır.
Görüşü Batumi Təhsil, İnkişaf və Məşğulluq Mərkəzi təşkil edib.