Xalq Müdafiəçisi Aparatı, BMT-nin Universal Dövri İcmalının üçüncü dövrü çərçivəsində sessiya öncəsi dinləmələr təşkil etdi
25 noyabr 2020-ci il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Aparatı, qeyri-hökumət təşkilatı UPR-info və Açıq Cəmiyyət Gürcüstan Vəqfi tərəfindən təşkil olunmuş sessiya öncəsi onlayn dinləmə təşkil edildi. Qeyri-hökumət təşkilatlarının və xalq müdafiəçisi nümayəndələri , Gürcüstanda akkreditə olunmuş diplomatik korpuslara ölkədəki mövcud insan haqları vəziyyəti barədə məlumat verdi. Diplomatik korpusun nümayəndələri, iclasda iştirak edən diplomatlar ölkələrinin Gürcüstanda insan haqlarının qorunmasını yaxşılaşdırmaq üçün 2021-ci il yanvarın 26-da Universal Dövri İcmal (UPR) çərçivəsində Gürcüstana verməli olduqları konkret tövsiyələri dinlədilər.
25 noyabr tarixli iclasqabağı iclasda, Xalq Müdafiəçisi Aparatının Analitik şöbəsinin müdiri Tamar Abazadze, məhkumların hüquqları ilə bağlı məruzə ilə çıxış etdi və bununla bağlı çətinliklərdən danışdı. Qeyri-hökumət təşkilatlarının nümayəndələri qadınların hüquqları və cinsi zorakılıq, reproduktiv sağlamlıq sahəsində xidmətlər, LGBT+ şəxslərin hüquqları, uşaq hüquqları, əlillərin hüquqları, sosial və iqtisadi hüquqlar, ədalət mühakiməsi islahatı, hüquq-mühafizə sistemi, etnik azlıq qrupların hüquqları, inam və din azadlığı, irqi ayrı-seçkilik kimi mühüm məsələləri müzakirə ediblər.
BMT İnsan Haqları Şurası tərəfindən təsis edilən Universal Dövri İcmal, BMT üzv dövlətlərində insan hüquqları vəziyyətini yaxşılaşdırmağı hədəfləyir. Bu mexanizmə əsasən, bütün BMT üzv dövlətlərində insan hüquqları vəziyyəti 4-5 ildən bir qiymətləndirilir və ölkələrə müvafiq tövsiyələr verilir. Qeyd etmək lazımdır ki, Gürcüstanın xalq müdafiəçisi 2010-cu ildən bəri həm dövri hesabatlar təqdim etməklə, həm də İnsan Hüquqları Şurasının iclaslarında birbaşa iştirak etməklə adı çəkilən insan hüquqları mexanizmi ilə fəal şəkildə əməkdaşlıq edir.
26 yanvar 2021-ci ildə Birləşmiş Millətlər Təşkilatının Universal Dövri İcmalı (UPR) üçüncü dəfə Gürcüstanda insan haqları vəziyyətini qiymətləndirəcəkdir. BMT-yə üzv ölkələr insan haqlarının qorunma vəziyyətinin yaxşılaşdırılması üçün Gürcüstana müxtəlif istiqamətlərdə tövsiyələr verəcəkdir.
9 iyul 2020-ci il tarixində Gürcüstanın xalq müdafiəçisi Gürcüstanın Universal Dövri İcmalının üçüncü dövrü üçün Birləşmiş Millətlər Təşkilatına alternativ bir hesabat təqdim etdi.