Yeniliklər

İrqçilik və Dözümsüzlüyə Qarşı Avropa Komissiyasının (ECRI) nümayəndə heyəti ilə görüş

17 may 2022-ci il tarixində Gürcüstanın xalq Müdafiəçisi Nino Lomjaria və Xalq Müdafiəçisinin müavini Yekaterine Sxiladze İrqçilik və Dözümsüzlüyə Qarşı Avropa Komissiyasının (ECRI) nümayəndə heyətinin nümayəndələri ilə görüşüblər.

Görüşdə Gürcüstanın Xalq Müdafiəçisi Gürcüstanda ayrı-seçkiliyin aradan qaldırılması, irqçiliklə mübarizə və tolerantlıq mədəniyyətinin bərqərar olması barədə danışıb, bu istiqamətdə Aparatın mandatını və təcrübəsini qonaqlara təqdim edib.

Həmçinin Gürcüstan hökumətinin bütün qolları üçün hazırlanmış və parlamentin illik hesabatlarında və Xalq Müdafiəçisinin xüsusi hesabatlarında öz əksini tapmış tövsiyələrdən danışılıb.

Xalq Müdafiəçisi Aparatının bərabərlik mandatı, ölkədə LGBT şəxslərin hüquqi statusu, etnik azlıqların təhsilə çıxışı ilə bağlı çətinliklər və dini azlıqların mülkiyyət hüquqlarının, o cümlədən dini binaların tikilməsinin hüququnu əldə edilməsi ilə bağlı problemlərə xüsusi diqqət yetirilib.

İrqçiliyə və Dözümsüzlüyə Qarşı Avropa Komissiyası Gürcüstanın Xalq Müdafiəsi Aparatının ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması və tolerantlıq mədəniyyətinin bərqərar edilməsi üzrə səylərini izləyir və müsbət qiymətləndirir.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)