Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının (BMT OHCHR) nümayəndələri ilə görüş
22 mart 2023-cü il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının (BMT OHCHR) Gürcüstandakı ofisinin nümayəndələri Vladimir Şkolnikov və Besarion Boxaşvili ilə görüşüb.
Giriş iclasında qonaqlar Xalq Müdafiəçisini bu vəzifəyə seçilməsi münasibətilə təbrik edib, ona uğurlar arzulayıblar. Xalq Müdafiəçisi və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının nümayəndələri insan hüquqlarının müdafiəsi istiqamətində gələcək əməkdaşlığın perspektivlərini müzakirə ediblər.