Yeniliklər

Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin baş katibi ilə görüş

Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani Avropa Şurasında Yerli və Regional Hakimiyyətlər Konqresinin baş katibi Metyu More, əməkdaşlıq şöbəsinin rəhbəri Marite Moras və layihənin əməkdaşı Culiya Nason ilə görüşüb.

İclasda yerli özünüidarəetmə səviyyəsində insan hüquqları strategiyasının hazırlanması və bələdiyyələrin fəaliyyəti məsələsi müzakirə edilib; Həmçinin insan haqları istiqamətində maarifləndirmə işlərinin aparılmasının vacibliyindən danışıblar. Levan İoseliani regional idarələrin bələdiyyələrlə sıx əməkdaşlığını vurğuladı və qeyd etdi ki, Xalq Müdafiəçisi Aparatının bütün Gürcüstan üzrə 9 regional idarəsi var və onların əsas funksiyası insan hüquqlarının pozulması ilə yanaşı, əhalinin maarifləndirilməsidir.

Tərəflər gələcəkdə sıx əməkdaşlıq və işgüzar məlumat mübadiləsi barədə razılığa gəliblər.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)