Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin baş katibi ilə görüş
29 noyabr 2023-cü il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin baş katibi Metyu Morris ilə görüşmüşdür.
Görüşdə “Gürcüstanda yerli səviyyədə iştirakçı demokratiyanın və insan hüquqlarının gücləndirilməsi” layihəsinin fəaliyyətindən, yerli vətəndaş ictimai təşkilatlarının və etnik azlıqların özünüidarəetmə orqanlarının fəaliyyətinə cəlb edilməsi məsələlərindən danışılıb.
Xalq Müdafiəçisi Avropa Şurası Yerli və Regional Hökumətlər Konqresinin Baş katibini işğal xəttinə yaxın yaşayan insanların təhlükəsizliyi ilə bağlı problemlər barədə məlumatlandırıb, Tamaz Qınturun qətli və qanunsuz həbsləri ilə bağlı faktlardan danışıb. Kərbəli sakini və Gürcüstanın digər vətəndaşları ilə görüşmüş, beynəlxalq monitorinq təşkilatlarının fəaliyyətinin vacibliyini vurğulamışdır.