Aİ-nin Gürcüstandakı səfiri ilə görüş
5 may 2023-cü il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski ilə görüşüb və ölkədəki mövcud vəziyyəti insan hüquqlarının müdafiəsi baxımından müzakirə edib.
Görüşdə tərəflər Gürcüstanın Avropa İttifaqına namizəd ölkə statusu alması üçün hazırlanmış 12 prioritetdən və bu tövsiyələrin yerinə yetirilməsi üçün Xalq Müdafiəçisinin rolundan danışıblar.
Səfir Levan İoselianiyi bu vəzifəyə seçilməsi münasibətilə təbrik edib və bundan sonrakı fəaliyyətində Xalq Müdafiəsi Aparatına hərtərəfli dəstək vəd edib.