Yeniliklər

Danimarka Krallığının Xarici İşlər Nazirliyində görüş

7 noyabr 2023-cü il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani və Xalq Müdafiəçisinin birinci müavini Tamar Qvaramadze Danimarka Krallığının Xarici İşlər Nazirliyinin Avropa Qonşuluq Siyasəti Departamentinin direktoru Henrik Vinser və baş müşaviri Dorit Skaarup Jensen ilə görüşüblər.

Görüşdə Levan İoseliani danimarkalı diplomatları Xalq Müdafiəsi Aparatının mandatı və səlahiyyət dairəsi, habelə beynəlxalq tərəfdaşlar, şəbəkələr və Gürcüstanda akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndəlikləri ilə əməkdaşlıq formaları ilə tanış edib. Onlar həmçinin Gürcüstanın Avropaya inteqrasiya perspektivindən və Avropa Komissiyasının gözlənilən qiymətləndirməsindən danışıblar.

Tərəflər ölkədə insan hüquqlarının müdafiəsinin vəziyyətini, səs-küylü işləri, işğal olunmuş ərazilərdə və işğal xətti boyunca yaşayan insanların ağır hüquqi vəziyyətini, noyabrın 6-da Rusiya işğalçı qüvvələri tərəfindən Gürcüstan vətəndaşının öldürülməsini müzakirə ediblər.

Xalq Müdafiəçisi Danimarka Xarici İşlər Nazirliyinə Kirbalı kəndi yaxınlığında baş vermiş qətl faktı ilə bağlı Gürcüstanı dəstəkləyən bəyanat yaydığına görə təşəkkür edib.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)