Yeniliklər

Avropa Şurasında Xalq Müdafiəçisinin Müavinlərinin rəsmi görüşləri

25-27 yanvar, 2022-ci ildə Xalq Müdafiəçisinin müavinləri Tamar Gvaramadze və Ekaterine Skhiladze, Strasburqda, Avropa Şurasında Xalq Müdafiəçisinin rəsmi səfəri çərçivəsində paralel görüşlər keçirdi.

Hökumətlərarası İnsan Hüquqları üzrə Əməkdaşlıq Bölməsi rəhbəri ilə və Avropa Şurası İnsan Hüquqları İdarəetmə Komitəsi (CDDH) Katibi David Milner ilə görüşdə Milli İnsan Hüquqları Təşkilatları haqqında Avropa Şurası Nazirlər Komitəsinin tövsiyələrinin effektiv həyata keçirilməsi məsələlərini müzakirə ediblər.

Xalq Müdafiəçisi Müavini Tamar Gvaramadze, Avropa Sosial Xartiya Departaenti rəhbəriylə Yan Malinovskiylə və Departamentin nümayəndələriylə Xalq Müdafiəçisi Aparatının fəaliyyətində sosyal-iqtisadi hüquqların qorunması prioritetlərindən, cari aktivliklərin və gələcək planlar haqqında danışdı. Görüşdə diqqəti Avropa Şürası layihəsinə yönəltdilər – “Gürcüstanda Sosyal və İqtisadi hüquqların gücləndirilməsi” və bu layihəyə Xalq Müdafiəçisinin qoşulmasına.

Ədliyyə və İnsan Hüquqları üzrə Təhsil İdarəsi rəhbəri Eva Pastrana ilə keçirilən görüşdə Avropa Şurasının HELP kurslarının əhəmiyyəti və Xalq Müdafiəçisi Aparatının əməkdaşları üçün maraqlı kurslar müzakirə edildi.

Miqrasya və qaçqınlar məsələlərində Avropaa Şürasının baş katibinin xüsusi nümayəndəsi Leyla Kayaçiklə Gürcüstanda sığınacaq axtaran şəxslərin hüquqi vəziyyəti və Aparat tərəfindən bu yöntədə həyata keçirilən aktivlikləri müzakirə etdilər.

Ifadə azadlığı, nifrət nitqinin reproduksiyası və medya müstəqilliyi, həmçinin Jurnalistlərə qarşı törədilən cinayətlər – o məsələlərdir, hansılar barədə ki, Xalq Müdafiəçisinin Müavinləri medya və informasiya cəmiyyətində Avropa Şürasının İdarəetmə Komitəsinin icraçı katibi Artemiza Çiskasla danışıblar.

Bioetika departamentinin rəhbəri və Bioetika Komitəsinin katibi Lourens Lvoff ilə İnsan Hüquqları və Biotibb haqqında Ovyedo Konvensiyasının icrası müzakirə edilib. Tərəflər xalq Müadafiəçisi Aparatının əməkdaşlarının potensialının gücləndirilməsi baxımından yeni layihələri və əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Ombudsmanın müavinləri Avropa Şurasının İnsan Ləyaqəti, Bərabərlik və İdarəçilik üzrə Baş Direktorluğunun direktoru Klaudiya Lusian və Seçkilər və İştirakçı Demokratiya Bürosunun baş məsləhətçisi Korneliya Perlas ilə görüşdə“Gürcüstanda Yerli Səviyyədə İştirakçı Demokratiyanın və İnsan Hüquqlarının Gücləndirilməsi” layihəsinin fəaliyyəti və kadrların cəlb edilməsi imkanları, eləcə də regionlarda insan hüquqları sahəsində çətinliklər müzakirə ediblər.

Görüşlər həmçinin Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin Əməkdaşlıq və Xarici Əlaqələr Şöbəsinin rəhbəri Marite Morasla, Avropa Şurasının ayrı-seçiliklə mübarizə departamentinin -Cinsi Orientasiya və Gender İdentlik İdarəsinin, İrqçilik və Dözümsüzlüyə qarşı Avropa Komisiyasının (ECRI) və nifrət nitqiylə mübarizə idarəsinin nümayəndələri ilə keçirildi. Müzakirə mövzusu Gürcüstanda bərabərlik sahəsindəki mövcud vəziyyət, 5 iyul hadisələri, dini etiqad azadlığı, nifrət cinayətlərinin araşdırılması təcrübəsi və nifrət nitqindən istifadə halları, LGBT+ icmasının problemləri və digər məsələlər olub.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)