Yeniliklər

Xalq Müdafiəçisi İsveçrənin Gürcüstandakı səfiri ilə görüşüb

26 aprel 2023-cü il tarixində Gürcüstanın Xalq Müdafiəçisi İsveçrənin Gürcüstandakı səfiri Haydi Qrau ilə görüşmüşdür.

Tərəflər ölkədə insan hüquqlarının müdafiəsinin vəziyyətini müzakirə edib, xüsusilə işğal olunmuş ərazilərdə insan hüquqlarının müdafiəsi və təhlükəsizlik baxımından çətinlikləri vurğulayıblar. Levan İoseliani səfiri Xalq Müdafiəçisinin mandatı və Aparatın gələcək prioritetləri ilə tanış edib. Onlar həmçinin institutun müstəqilliyinin və qərəzsizliyinin vacibliyindən danışıblar.

Tanışlıq görüşündə səfir Levan İoseliani Xalq Müdafiəçisi vəzifəsinə seçilməsi münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)