Yeniliklər

Xalq Müdafiəçisi Niderland Krallığının Gürcüstandakı yeni səfiri ilə görüşüb

6 sentyabr 2023-cü il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani Niderland Krallığının Gürcüstandakı yeni səfiri xanım Meline Arakeliani ilə görüşmüşdür.

İclasda Xalq Müdafiəçisi səfiri ofisin mandatı və prioritetləri ilə tanış edib. Həmçinin Gürcüstanın işğal olunmuş ərazilərində yaşayan insanların insan hüquqlarının müdafiəsi vəziyyəti, ayrı-seçkiliyə qarşı qanunun tətbiqi mexanizmləri, veteranların hüquqları və bu istiqamətdə Niderlandın böyük təcrübəsini bölüşmək imkanlarından danışılıb.

Qonaq Avropa Komissiyasının verdiyi 12 tövsiyənin icrası və bu prosesdə Gürcüstanın Xalq Müdafiəçisinin rolu ilə maraqlanıb.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)