Xalq müdafiəçisi beynəlxalq icmanın üzvləri ilə görüşüb
12 noyabr 2021-ci il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Nino Lomjaria və Xalq Müdafiəçisinin müavini Giorgi Burcanadze Litvanın Gürcüstandakı səfiri Andrius Kalindra, Litva Seyminin üzvü, Gürcüstanla Parlamentlərarası Əlaqələr Qrupunun rəhbəri Raymunda Lopata və başçı müavini Vilha Targam ilə görüşüblər.
Noyabrın 12-də xalq müdafiəçisi və müdafiəçinin müavini Avropa Parlamentinin deputatı Anna Fotiga ilə də görüşüblər.
Görüşlərdə özünüidarə seçkilərindən sonrakı siyasi vəziyyət və onun ölkədə demokratik tərəqqiyə, insan haqlarına təsiri müzakirə olunub. Gürcüstanın üçüncü prezidentinin saxlanma şəraiti, səhhətinə görə onun mülki klinikaya köçürülməsi zərurəti və təhlükəsizlik baxımından çətinliklər də müzakirə olunub.
Nino Lomjaria qonaqlara Xalq Müdafiəçisi Aparatının fəaliyyəti və monitorinqlər nəticəsində daxil olan məlumatlar barədə məlumat verib.