Yeniliklər

Xalq Müdafiəçisi ABŞ-ın fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb

31 oktyabr 2023-cü il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani ABŞ-ın Gürcüstandakı Fövqəladə və Səlahiyyətli səfiri Robin Duniqan ilə görüşüb.

Təqdimat iclasında Xalq Müdafiəçisi səfiri ofisin mandatı və prioritetləri ilə tanış edib, bərabərlik mexanizminin işindən danışıb, qurumun müstəqilliyinin vacibliyini vurğulayıblar.

“ABŞ səfiri ilə görüşdə biz ölkəmizin bugünkü əsas probleminə - işğala və işğal olunmuş ərazilərdə yaşayan insanların hüquqlarının müdafiəsi baxımından çağırışlara xüsusi diqqət yetirdik”, - deyə Levan İoseliani bildirib.

“ Xalq Müdafiəçisi Levan İoselianiylə görüşmək xoş oldu. Xalq Müdafiəçisi Aparatı Gürcüstanda insan hüquqlarının, o cümlədən ən həssas qrupların hüquqlarının müdafiəsində mühüm rol oynayır. Bu iş Gürcüstanın Avropa trayektoriyasının mühüm hissəsidir. Biz illərdir Xalq Müdafiəçisi Aparatını dəstəkləmişik və bu əməkdaşlığı davam etdirməyi səbirsizliklə gözləyirik”, - deyə Robin Dunniqan bildirib.

Görüşdə Səfirlik ilə Xalq Müdafiəçisi Aparatı arasında uzunmüddətli əməkdaşlığın daha da dərinləşdirilməsi və möhkəmləndirilməsi məsələləri də müzakirə olunub. Levan İoseliani ABŞ hökuməti və Amerika xalqının demokratik dəyərlərin bərqərar olması üçün Xalq Müdafiəçisi Aparatına daim göstərdiyi dəstəyə görə səfirə təşəkkür edib.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)