Gürcüstanın Xalq Müdafiəçisi Amerika Birləşmiş Ştatlarında rəsmi səfərdədir
Gürcüstanın Xalq Müdafiəçisi Nino Lomjaria noyabrın 29-dan dekabrın 3-dək Amerika Birləşmiş Ştatlarında rəsmi səfərdə olacaq, harada ki, Dövlət Departamenti, Konqres və Senatda görüşlər keçirəcək. Beynəlxalq Respublikaçılar İnstitutu (IRI), Demokratiya üçün Milli Fondu (NED), Freedom House və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) nümayəndələri ilə görüşlər də nəzərdə tutulub.
Ombudsman yüksək səviyyəli görüşlərdə öz mandatı çərçivəsində Gürcüstanda insan haqlarının vəziyyətini və demokratik prosesləri nəzərdən keçirir.