Gürcüstan və Türkiyənin ombudsmanları uzunmüddətli əməkdaşlıq ənənəsinin davam etdirilməsindən danışıblar
28 sentyabr 2022-ci il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Nino Lomjaria və Türkiyənin Baş Ombudsmanı Şeref Malkoc arasında ikitərəfli görüş keçirilib və görüşdə Gürcüstan və Türkiyə ombudsmanları arasında uzunmüddətli əməkdaşlığın davam etdirilməsinin zəruriliyi vurğulanıb.
Görüşdə tərəflər öz qurumlarında həyata keçirilən layihələr və nəzərdə tutulan tədbirlərdən danışıb, Türkiyədə yaşayan gürcülərin və Gürcüstanda yaşayan türk vətəndaşlarının insan hüquqlarının müdafiəsi baxımından birgə əməkdaşlıq məsələlərini müzakirə ediblər. Həmçinin, Türkiyədə gürcülərin çoxsaylı diasporasının problemlərindən danışılıb və bu istiqamətdə uğurlu əməkdaşlıq nümunələri müzakirə edilib.