Yeniliklər

BMT-nin baş katibi Antonio Quterreşin video müraciəti

BMT-nin Baş Katibi Antonio Quterreş 10 dekabr 2021-ci il Beynəlxalq İnsan Hüquqları Günü ilə bağlı xüsusi müraciət edərək, bu dövrdə bəşəriyyətin üzləşdiyi əsas çağırışlara - koronavirus pandemiyası, iqlim dəyişikliyi və rəqəmsal texnologiyaların həyatın bütün təbəqələrinə nüfuz etməsinə toxunub. Onların hər biri insan hüquqlarına ciddi təhlükə yaradır.

BMT-nin Baş katibi 73 il əvvəl Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin bəşəriyyət üçün mühüm addım olduğunu, insanların mülki, iqtisadi, mədəni, sosial və siyasi hüquqlarının müdafiəsinin bu gün də həmişə olduğu kimi aktual olduğunu qeyd edib.

Antonio Quterreşin sözlərinə görə, BMT hər zaman cəmiyyətin hər bir üzvünün hüquqlarını qoruyacaq, BMT ədalət, bərabərlik, ləyaqət və insan hüquqları uğrunda fəaliyyətini davam etdirəcək.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)