Xaıq Müdafiəçisi məhdud imkanlılıq zəminində iddia edilən ayrı-seçkilik faktını öyrənməyə başlayıb
Sosial şəbəkədə yayılan məlumat əsasında Gürcüstanın Xalq Müdafiəçisinin Aparatı “Arena” idman kompleksinin məhdud imkanlılıq zəminində guya ayrı-seçkiliyə məruz qalması faktını öyrənməyə başlayıb.
Məlum olduğu kimi, məhdud imkanları olan şəxsin “Arena 1” kompleksinin hovuzuna buraxılmasına icazə verilməyib və valideynə izah edilib ki, sağlamlıq imkanları məhdud uşaqlar “Arena 1” hovuzundan istifadə edərkən, yalnız “Arena 2” hovuzu sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulub hansı ki, hal hazırda təmir işləri ilə əlaqədar bağlanıb.
Təəssüf ki, məhdud imkanlı olan şəxslərin ayrı-seçkiliyinin əsasını əsasən Gürcüstanda məhdud imkanlı şəxslərə, o cümlədən uşaqlara qarşı güclü stiqma və stereotipik münasibət, eləcə də xidmətlərə və ətraf mühitə çıxış üçün maneələr təşkil edir. Qeyd etmək lazımdır ki, məhdud imkanlı uşağın erkən yaşlarından cəmiyyətə inteqrasiyasının təşviqi onların hüquqlarının müdafiəsi və ictimai həyata tam inteqrasiyası üçün zəruridir.
Bundan əlavə, bir çox hallarda idman fəaliyyətlərində iştirak məhdud imkanlı olan uşağın reabilitasiyası funksiyasına malikdir və onların bərabər şəraitdə inkişafını təmin etmək üçün vacibdir.
Xalq Müdafiəçisi “Ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” qanunla müəyyən edilmiş səlahiyyətlər daxilində qeyd olunan faktı öz təşəbbüsü ilə öyrənir və araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat verir.