Xalq Müdafiəçisinin məhdud imkanlı şəxslərin ictimai təşkilatlarına səfəri
7 noyabr 2024-cü il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani Kaxeti rayonunun Sakobo və Qrem kəndlərində yerləşən məhdud imkanlı şəxslər üçün ictimai xidmətlərə baş çəkmiş, müəssisələrdə yaşayan insanların hüquqi vəziyyəti ilə tanış olmuşdur.
Xalq Müdafiəçisi ictimai xidmətlərin fiziki şəraitinə, faydalananların yaşayış otaqlarına, yeməkxanalara, hamamlara, həyətə baxış keçirmiş, ictimai təşkilatların rəhbərliyi, işçilər və benefisiarlarla görüşüb söhbət etmişdir.
Başçəkmə zamanı təşkilatlarda təhlükəsiz mühit və şəraitə, sanitar şəraitə, düzgün qidalanma və qulluq aspektlərinə, məhdud imkanlı şəxslərin müstəqil həyatının və ictimai fəallığının təşviqinin vacibliyinə xüsusi diqqət yetirilib.
Xalq Müdafiəçisi məhdud imkanlı olan şəxslərin dövlət qayğısında hüquqlarının müdafiəsini, mövcud ictimai xidmətlərdə məhdud imkanlı şəxslərin hüquqlarının müdafiəsini, ölkədə gedən de-institusionalizasiya prosesinə nəzarəti davam etdirir.
Xalq Müdafiəçisinin müavini İrine Çixladze və Mərkəzi Aparatın və Regional Ofisin əməkdaşları Xalq Müdafiəçisi ilə birlikdə ictimai təşkilatlarda olublar.