Əlil qadınların reproduktiv sağlamlıq və hüquqları məsələsi ilə bağlı xalq müdafiəçisinin məruzəsi
4 dekabr 2020-ci il tarixində Gürcüstanın xalq müdafiəçisi Nino Lomcaria, BMT-nin Əhali Fondu tədbirində iştirak etdi və burada əlil qadın və qızların cinsi və reproduktiv sağlamlığı və hüquqlarının qanunvericilik təhlilini, dövlət proqramlarının icmalını və tövsiyələrinin təqdim etdi.
İclasda qadınların hüquqları və gender bərabərliyi sahəsində məlumatlılığının artırılması üçün cinsi və reproduktiv sağlamlıq və hüquqların müzakirə edilməsinin əhəmiyyəti barədə xalq müdafiəçisi danışdı; Həssas qrupların, xüsusən əlil qadın və qızların ehtiyaclarını və qarşılaşdıqları çətinlikləri vurğuladı.
"BMT-nin Əhali Fondunun Gürcüstan Ofisinin uzunmüddətli və davamlı əməkdaşlığı nəticəsində cinsi və reproduktiv sağlamlıq hüquqlarının monitorinqi xalq müdafiəçisinin fəaliyyət çərçivəsinin ayrılmaz hissəsinə çevrildi. 2017-ci ildən bəri bir sıra tədqiqatlar və monitorinqlər apardıq, təşkilati imkanlarımızı gücləndirdik və mövcud dövlət siyasətində bu istiqamətdə müsbət dəyişikliklər etdik" - deyə xalq müdafiəçisi salamlama nitqində buyurdu.
Xalq müdafiəçisinə görə, əlil qadınların reproduktiv sağlamlığı ilə əlaqəli müvafiq ehtiyaclar sahəsində səhiyyə işçilərinin yetişdirilməsi xüsusilə vacibdir. Bununla yanaşı, çətinlik əlil arabası istifadəçiləri, eşitmə və görmə problemi olan insanlar üçün tibb müəssisələrinin fiziki mühitinə əlçatanlıqdır. Eşitmə problemi olan qadınlar üçün tərcüməçi xidməti göstərmək də problemlidir. Nəticədə, çox vaxt onlara məxfi xidmətlər göstərilmir.
Cinsi və reproduktiv sağlamlıq və hüquqlara nəzarət xalq müdafiəçisinin fəaliyyətinin prioritet və vacib hissəsidir. Bu baxımdan Aparat, Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu və Tbilisi Tibb Universiteti ilə hamiləlikdən əvvəl, hamiləlik, doğuş zamanı və doğuş sonrası psixo-sosial ehtiyacları olan qadınların sağlamlığının idarə olunması üzrə onlayn kurs hazırlamaq üçün fəal şəkildə əməkdaşlıq edir.