Yeniliklər

Tegeta Holding işçiləri üçün cinsi qısnama mövzusunda təlim

22 və 26 iyul 2024-cü il tarixlərində Gürcüstanın Xalq Müdafiəçisi Aparatının Bərabərlik Departamentinin əməkdaşları Tbilisi və Batumidə Tegeta Holdinqin əməkdaşları ilə cinsi qısnama məsələləri ilə bağlı təlim keçiriblər.

Bərabərlik Departamentinin nümayəndələri cinsi qısnamanın mahiyyətinə və cinsi qısnamanın qarşısının alınması üçün daxili mexanizmin vacibliyinə diqqət çəkiblər. İştirakçılar cinsi qısnamanın nə demək olduğunu və hansı formalarda təzahür etdiyini, onun tanınma göstəricilərinin nə olduğunu və cinsi qısnama faktını təsdiqləmək üçün hansı sübutlardan istifadə oluna biləcəyini dinləyiblər.

Xalq Müdafiəçisi Aparatı özəl şirkətlərin bərabərlik məsələləri üzrə biliklərin artırılmasına yönəlmiş fəaliyyətlərdə fəal iştirak etmək təşəbbüslərini və istəyini alqışlayır. Xalq Müdafiəçisi bərabərliyin təmin edilməsi prosesində maarifləndirmə fəaliyyətini və maarifləndirmə tədbirlərini ən mühüm komponent hesab edir, bu istiqamətdə müxtəlif qurum və təşkilatlarla əməkdaşlıq edir.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)