Xalq Müdafiəçi Aparatının əməkdaşları üçün vasitəçilik təlimi
2024-cü ilin iyun ayında USAID/Gürcüstan Qanunun aliliyi Proqramının dəstəyi ilə Gürcüstanın Xalq Müdafiəçisi Aparatının əməkdaşlarına vasitəçilik məsələləri üzrə təlim keçirilib.
Ayrı-seçkiliyə qarşı milli mexanizm kimi Xalq Müdafiəçisinin mühüm səlahiyyətlərindən biri də şifahi dinləmə keçirmək və tərəflər arasında mübahisəni həll etməkdir. Bu prosesi səmərəli həyata keçirmək üçün vasitəçiliklə bağlı praktiki bacarıqlara tam yiyələnmək lazımdır.
Təlimdə Mediator Assosiasiyasının üzvü və vasitəçi Veko Dodaşvili iştirakçıları vasitəçiliyin prinsip və üsulları, effektiv ünsiyyət, münaqişələrin və danışıqların idarə edilməsi, qarşılıqlı faydalı razılaşmanın əldə edilməsi üçün zəruri olan bacarıqların formalaşdırılması taktikası ilə tanış edib. İclaslarda xalq müdafiəçisinin nümayəndələri praktiki nümunələr və hallar müzakirə ediblər.