“Penitensiar müəssisələrdə işgəncə və pis rəftarın qarşısının alınması” mövzusunda ictimai seminar
8 iyun 2023-cü il tarixində Gürcüstanın Xalq Müdafiəçisinin Milli Profilaktika Mexanizmi Departamentinin rəis müavinləri Akaki Kuxaleişvili və Daniel Mgeliaşvili İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin Hüquq fakültəsinin tələbələri ilə görüşüblər.
İclasda Gürcüstanın Xalq Müdafiəçisi Aparatının nümayəndələri Milli Profilaktika Mexanizminin 2022-ci il hesabatı, insan hüquqlarının müdafiəsi və penitensiar müəssisələrdəki çətinliklərdən danışıblar.