Yeniliklər

Sentyabrın 27-si Soxuminin süqutu günüdür

Suxuminin süqutu günü ilə əlaqədar 27 sentyabr 2023-cü il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani işğal xəttinə yaxın yaşayan Rux kəndinin sakinləri ilə görüşüb, onların problemlərini dinləyib.

“Soxuminin süqutu Gürcüstanın yaxın tarixinin ən böyük ağrılarından biridir. Amma eyni zamanda, bu gün bizə çox şey öyrətməli, abxazlarla necə yaşamağa, osetinlərlə necə yaşamağa davam etdiyimizə dair nəticə çıxarmalıyıq. Bizim onlarla birgə yaşamağımızın yeganə forması sülh olmalıdır. Sülh olmayan yerdə insan haqları da yoxdur.

Ümid edirəm ki, hamımız bu körpünü və digər ayırıcı xətləri birlikdə keçəcəyimiz vaxta gələcəyik və oradan da vətəndaşlarımızın bir çox hallarda çox kobud şəkildə pozulan hüquqlarını müdafiə etməyə çalışacağıq”, - deyə Enguri körpüsünün yanında olan xalq müdafiəçisi bildirib.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)