Məsləhətçi – Meri Koçlamazaşvili
2014-cü ildən bəri Gürcüstanın İctimai Müdafiəçisi İdarəsi, münaqişədən zərərçəkmiş bölgələrdə İnsan Hüquqları Məsləhətçisi vəzifəsini təyin etdi.
Məsləhətçinin fəaliyyətinin məqsədi: münaqişədən zərər çəkmiş və işğal olunmuş bölgələrdə ictimai müdafiəçisi tərəfindən insan haqlarının pozulması hallarını müəyyənləşdirmək, ona vaxtında cavab verilməsini təmin etmək və qabaqlayıcı tədbirlər görmək.
Məsləhətçinin əsas funksiyaları aşağıdakılardır:
- Proaktiv və reaktiv metodlardan istifadə edərək münaqişədən zərər çəkmiş və işğal olunmuş bölgələrdə insan hüquqlarının pozulması hallarının aşkarlanması;
- Qanun pozuntularını erkən mərhələdə müəyyən etmək üçün qeyri-hökümət təşkilatlarla və münaqişədən zərər çəkmiş bölgələrdə yaşayan insanlar ilə daimi əlaqə;
- Münaqişədən zərər çəkmiş və işğal olunmuş bölgələrdə müəyyən edilmiş insan hüquqlarının problemli məsələlərini öyrənmək və düzgün sənədləşdirmək (lazim gələrsə, müvafiq tematik struktur bölməsi ilə əlaqə yolu ilə);
- Münaqişədən zərər çəkmiş və işğal olunmuş bölgələrdə təsbit edilmiş insan hüquqları məsələlərinin bütün mümkün formalarına müvafiq şəkildə cavab vermək;
- Münaqişədən zərər çəkmiş və işğal olunmuş bölgələrdə insan hüquqları şüurunun təmin edilməsi;