Həbsxana şəraitinin məhbusların sağlamlığına təsiri
Xüsusi hesabatda siz həbsxana şəraitinin məhbusların sağlamlığına təsiri və monitorinq zamanı Xalq Müdafiəçisi Aparatının Xüsusi Profilaktika Qrupu tərəfindən hansı risk faktorlarının müəyyən edildiyi barədə məlumat ala bilərsiniz.
Azadlıqdan məhrum etmə şəraiti penitensiar müəssisədə həyatın demək olar ki, bütün sahələrini, o cümlədən maddi şəraiti, rejimi, psixo-emosional mühiti, psixososial reabilitasiyanı, tibbi yardımı əhatə edir.
Tədqiqat prosesinin mühüm komponenti məhbuslar arasında məxfi sosioloji sorğu və tibb işçilərinin peşə etikası idi.
Monitorinq Penitensiar İdarənin 2, N3, N5, N6, N8, N11, N14, N15 müəssisələrində, o cümlədən N18 Təqsirləndirilən və Məhkumların Müalicə Müəssisəsində və 19 saylı Vərəmlə Müalicə Mərkəzində aparılıb.