"COVID-19 pandemiyasının münaqişədən əziyyət çəkən qadın və qızlara təsiri"
Bu hesabat Gürcüstanın Xalq Müdafiəçisi tərəfindən, həyata keçirilən tədqiqat nəticəsidir, onun məqsədi koronavirus pandemiyasının münaqişədən zərər çəkmiş qadın və qızlara təsirini araşdırmaq, yerli təhlükəsizlik siyasətlərini qiymətləndirmək, yığcam yaşayış məntəqələrini ortaya çıxarmaq, inzibati sərhəd bölgələrini və işğal olunmuş bölgələrdə yaşayan qadınların və qızların ehtiyaclarını tədqiq etmək idi.
Araşdırmaya, qadın hüquqları və sülh quruculuğu üçün çalışan beynəlxalq təşkilatların, missiyaların və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə münaqişədən zərər çəkmiş qadın və qızlarla müsahibələr və fokus qrupları daxil idi.
Araşdırmanın nəticələri münaqişədən təsirlənən qadın və qızların ehtiyaclarının fərqli olduğunu və fərqli sosial və iqtisadi faktorlardan asılı olduğunu göstərir. Dövlət onların ehtiyaclarını öyrənməmiş və kritik əhəmiyyət kəsb edən yanaşmalar inkişaf etdirməmişdir, çünki silahlı qarşıdurmanın yenidən baş vermə ehtimalı və ya COVID-19 qlobal pandemiyası, onları xüsusilə ciddi şəkildə təsirləndirər
Bununla birlikdə, pandemiya zamanı qadınlara qarşı artan şiddət və ailə daxilində zorakılıq risklərinə cavab verməyə yönəlmiş dövlət tədbirləri konfliktdən təsirlənən qadın və qızların ehtiyaclarına xüsusi uyğunlaşdırılmamışdır. Nəticədə, gözlənildiyi kimi, pandemiya bir tərəfdən məişət zorakılığını ağırlaşdırdı, digər tərəfdən də zorakılıqdan qaçmağı çətinləşdirdi. Pandemiyaya qoyulan məhdudiyyətlər, cinayətkarı və qurbanı bir məkanda təcrid etməyə gətirib çıxardı.
Ümid edirik ki, araşdırma nəticələri və tövsiyələr dövlətin siyasət planlaşdırma və icra prosesində pandemiya nəticələrinə cavab verməsinə kömək edəcək.
Tədqiqat Birləşmiş Millətlər İnkişaf Proqramının (BMTİP) dəstəyi ilə Gürcüstanın Xalq Müdafiəçisi Aparatı tərəfindən BMTİP-in "Münaqişələrdən təsirlənən qadın və qızların imkanlarının artırılması və onların sosial-iqtisadi perspektivlərinin yaxşılaşdırılması COVID 19 böhranı dövründə" layihəsi çərçivəsində hazırlanıb.