Yeniliklər

Xalq Müdafiəçisinin müavini İstanbul Konvensiyasının icrasına nəzarət üzrə məsul ekspertlər qrupu ilə görüşüb

10 noyabr 2021-ci il tarixində Xalq Müdafiəçinsin müavini Ekaterine Sxiladze Qadınlara Qarşı Zorakılığın və ailə daxilində Zorakılığının prevensiyası və qarşısının alınmasına dair Avropa Şurası Konvensiyasının (İstanbul Konvensiyası) icrasına nəzarət etmək üçün məsul olan müstəqil ekspertlər qrupu (GREVIO) ilə görüşüb.

İclasda Xalq Müdafiəçisinin müavini ölkədə qadınlara qarşı zorakılıq və ailə daxilində zorakılıq ilə bağlı mövcud vəziyyət, o cümlədən qanunvericilik və institusional mexanizmlərin inkişafı, praktiki məsələlərə nəzər salıb. O, həmçinin xalq müdafiəçisinin mandatını qonaqlara təqdim edib, bu istiqamətdə həyata keçirilən tədbirlərdən danışıb.

Yekaterine Sxiladze ölkədəki çətinliklərdən, xüsusən də cinsi zorakılıq qurbanlarının ədalət mühakiməsinə çıxış imkanlarından, qadın qətllərinin (gender motivli qadınların qətli) yüksək səviyyəsi, ölkədə Korona virusu pandemiyası şəraitində vəziyyətin ağırlaşması və bu istiqamətdə Gürcüstanın Xalq Müdafiəçisinin tövsiyələri ilə bağlı da danışıb danışıb.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)