Yeniliklər

Gürcüstanın Xalq Müdafiəçisi Aparatı Özbəkistan Respublikasının nümayəndə heyətini qəbul edib

27 noyabr 2023-cü il tarixində Gürcüstanda tanışlıq səfərində olan Gürcüstanın Xalq Müdafiəçisi Aparatının Gender Departamentinin rəhbəri vəzifəsini icra edən Sofio Rusetski Özbəkistan Respublikasının qeyri-hökumət və beynəlxalq təşkilatlarının nümayəndələri ilə görüşmüşdür, hansılar ki, USAİD-in Özbəkistanda hüquq islahatları proqramı çərçivəsində Gürcüstanda idilər.

Görüşdə Özbəkistan nümayəndə heyətinin üzvləri ölkədə gender bərabərliyi və qadınlara qarşı zorakılıq və ailə daxili zorakılığı, o cümlədən ailə daxili zorakılığı qurbanlarına və qadınlara göstərilən xidmətlər baxımından mövcud vəziyyətlə tanış olublar.

Sofio Rusetski Gürcüstanın Xalq Müdafiəçisi Aparatının Gender Departamentinin yaradılması tarixindən, onun fəaliyyəti, tematik istiqamətləri və qurumlarla əməkdaşlıq praktikasından danışıb.

Görüş iştirakçıları, həmçinin qadın cinayətlərinin monitorinqi mexanizmi, metodologiyası və tədqiqat çərçivəsində qarşıya çıxan problemlər və nailiyyətlər haqqında məlumat əldə ediblər.

İclas fəal müzakirə şəraitində keçib. Özbəkistan nümayəndə heyətinin üzvləri onlar üçün vacib olan bütün məsələlərlə bağlı məlumat almış və gələcək əməkdaşlıq arzularını bildirmişlər.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)