Yeniliklər

Ailə daxili Zorakılığı və İnsan Alveri Qurbanları üçün Xidmət Müəssisələrinin (sığınacaqlarının) Monitorinq Hesabatı 2022

Xüsusi hesabatda Gürcüstanın Xalq Müdafiəçisi Aparatının Gender Departamentinin Gürcüstanda fəaliyyət göstərən bütün dövlət sığınacaqlarında və böhran mərkəzlərində apardığı monitorinqin nəticələri təqdim olunub.

2021-ci ildə Gürcüstanın Xalq Müdafiəçisi Aparatının Gender Departamenti Birləşmiş Millətlər Təşkilatının Qadınlar Təşkilatının dəstəyi ilə ailə daxili zorakılığı və insan alveri qurbanları üçün sığınacaqları və böhran mərkəzlərini yoxlayıb. Monitorinq üzvləri Tbilisi, Batumi, Kutaisi, Qori və Siqnaxi sığınacaqlarına , Həmçinin Tbilisi, Qori, Kutaisi, Ozurqeti və Marneuli böhran mərkəzlərinə baş çəkmişlər.

Bundan əlavə, Gürcüstanın Xalq Müdafiəçisi Aparatı 2021-ci il monitorinqi zamanı aşkar edilmiş çatışmazlıqların və tövsiyələrin icra göstəricilərini yoxlamaq məqsədilə Gürcüstanda fəaliyyət göstərən bütün dövlət sığınacaqlarında və böhran mərkəzlərində 2021-ci ildə təkrar monitorinqlər həyata keçirib.

Ümid edirik ki, monitorinqlər nəticəsində aşkar edilmiş nöqsanlar dövlət orqanlarına zorakılıq qurbanlarına göstərilən xidmətlərin yaxşılaşdırılmasına kömək edəcək.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)