Ailə daxinlində zorakılığa məruz qalmış qadınların məhkəmədə dindirilməsi ilə bağlı monitorinq hesabatının təqdimatı
2021-ci il noyabrın 17-də Gürcüstanın Xalq Müdafiəçisi və “Hüquqlar Gürcüstan” qeyri-hökumət təşkilatı ailə daxilində zorakılığa məruz qalmış qadınların məhkəmədə dindirilməsinin monitorinqinin nəticələrini açıqlayıb.
Tədbirdə Gürcüstanın Xalq Müdafiəçisinin müavini Ekaterine Sxiladze, “Hüquqlar Gürcüstan” təşkilatının icraçı direktoru Lado Mkervalişvili və USAID/Gürcüstanın Demokratiya, Hüquqlar və İdarəetmə Bürosunun direktoru Lea Kaplan çıxış ediblər.
Tədbirdə qanunvericilik, icra və məhkəmə hakimiyyətinin, səfirliklərin və beynəlxalq təşkilatların, elmi dairələrin və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.
Xüsusi hesabat 2021-ci ilin may-avqust ayları arasında Tbilisi və Rustavi şəhər məhkəmələrində keçirilən məhkəmə proseslərinin monitorinqinin nəticələrinə əsaslanır və layihənin müstəntiqləri 30 cinayət işi üzrə ailə daxilində zorakılığın qurbanı olmuş qadınların dindirilməsini müşahidə ediblər.
Monitorinq aşağıdakı əsas problemləri üzə çıxarıb: ailə daxilində zorakılığın qurbanı olmuş qadınların dindirilməsi çox vaxt təsirə məruz qalan qadınların ikinci dərəcəli qurbanlığından qaçınmaq mümkün olmayan bir vəziyyətdə baş verir. Təsirə məruz qalan qadınlar öz hüquqları və dəstək xidmətləri haqqında tam məlumatlandırılmır, onlara lazımi hüquqi yardım göstərilmir.
Xüsusi hesabata görə, qadın qurbanlarının ikinci dərəcəli qurbanı olma riskləri xüsusilə zorakılıqda ittiham olunanlardan və onların vəkillərindən qaynaqlanır. Fərdi dindirmə zamanı vəkillərin sual və iradlarının əhəmiyyətsiz və ya ittiham xarakterli olduğu, həmçinin təhqiredici və alçaldıcı xarakter daşıdığı hallar aşkar edilib. Maraqlıdır ki, məhkəmələrin infrastrukturu zorakılıq qurbanı ilə zorakılıq edən və ya onun sevdiyi şəxs arasında fiziki və ya şifahi ünsiyyəti təmin etmir. Bundan başqa, Gürcüstan Cinayət-Prosessual Məcəlləsində zorakılığın qurbanı olmuş qadına psixoloji təzyiq göstərmək və onu ikinci dərəcəli qurbanlıqdan qorumaq üçün dindirilmə zamanı təqsirləndirilən şəxsin məhkəmə zalından çıxarılması imkanları nəzərdə tutulmur.
Bundan əlavə, şahid və zərərçəkmişin koordinatorları və zərərçəkmiş vəkilləri dindirmə prosesində faktiki olaraq iştirak etmirlər. Digər vacib problem odur ki, Gürcüstan qanunvericiliyi ailə daxilində zorakılığın və ailə daxilində cinayətin qurbanı olmuş yetkin qadına cinayət prosesində pulsuz hüquqi yardım imkanını nəzərdə tutmur.
Sənəddə həmçinin Gürcüstanın parlament, Ali Məhkəmə, Prokurorluq, Gürcüstan Vəkillər Kollegiyası və Hüquqi Yardım Xidməti üçün hazırlanmış tövsiyələr, o cümlədən ailə daxilində zorakılığın qurbanı olan qadınların hüquqlarının yaxşılaşdırılması üçün qanunvericilikdə islahatların keçirilməsi, məhkəmə mütəxəssislərinin təlimi və Məhkəmə infrastrukturunun təkmilləşdirilməsini nəzərdə tutulur.
Xüsusi hesabatın hazırlanmasında “Hüquqlar Gürcüstan” və Gürcüstanın Xalq Müdafiəçisi Aparatı Şərq-Qərb İdarəsi tərəfindən həyata keçirilən ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Gürcüstanda Qanunun Aliliyinə Dəstək Proqramı (PROLoG) Hansı ki, Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən həyata keçirilir.