Yeniliklər

Ailə daxili zorakılığına məruz qalmış qadınların məhkəmədə dindirilməsinin monitorinqi

Bu araşdırma ailə daxili zorakılığına məruz qalmış qadınların məhkəmədə dindirilməsi prosesini qiymətləndirir. Həmçinin, məhkəmə infrastrukturunun ailə daxili zorakılığı və ailə cinayətlərinin qurbanı olmuş yetkin qadınların ikinci dərəcəli qurbanlardan qorunmasına nə dərəcədə diqqət yetirilməsi qiymətləndirilir.

Xüsusi hesabatda monitorinqin nəticələri ilə yanaşı, beynəlxalq insan hüquqları standartı və milli qanunvericilik də nəzərdən keçirilir. Müvafiq olaraq, hazırkı xüsusi hesabat həm praktiki, həm də qanunvericilik baxımından çatışmazlıqları müəyyən etmişdir.

Araşdırmanı Gürcüstanın Xalq Müdafiəçisi və “Gürcüstanın Hüquqları” qeyri-hökumət təşkilatı birgə aparıb, layihə çərçivəsində - “Zorakılığa məruz qalmış qadınların məhkəmədə dindirilmə prosesinə nəzarət etməklə onların ədalətli məhkəmə araşdırması hüququnun təmin edilməsi və sonrakı vəkillik işləri”. Layihə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən həyata keçirilən “Gürcüstanda Qanunun aliliyinə dəstək” (PROLoG) proqramı tərəfindən dəstəklənir.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)