Qərbi GürcüstanIdarəsi
Qərbi Gürcüstan İdarəsi Gürcüstan Xalq Müdafiəçisi Aparatının birinci dərəcəli struktur vahidliyidir. İdarə öz funksiyalarını yerinə yetirərkən Gürcüstan Xalq Müdafiəçisi adından fəaliyyət göstərir.
İdarə Gürcüstan Xalq Müdafiəçisi və qanunla müəyyən edilmiş qaydalara uyğun olaraq rəsmi nəzarəti həyata keçirən Gürcüstan Xalq Müdafiəçisi müavini önündə cavabdehdir.
Qərbi Gürcüstan idarəsinin məqsədi, Xalq Müdafiəçisi mandatının səmərəli həyata keçirilməsini asanlaşdırmaq üçün insan hüquqlarının pozulması faktlarının proaktiv aşkarlanmasını təmin etməkdir.
Qərb İdarəsinin funksiyaları bunlardır:
- İnsan hüquqlarının pozulması faktlarının proaktiv aşkarlanması üçün məlumat kanallarının yaradılması və funksiyasına dəstək;
- Fərdi və sistematik hüquq pozulması faktlarını müəyyənləşdirmək və sənədləşdirmək;
- Sistematik hüquq pozulması faktlarına və problem həllinə dəstək;
- Proaktiv aşkarlama metodologiyasını inkişaf etdirmək və mövcud təcrübələri ümumiləşdirmək;
- Bölgələrdəki cəzaçəkmə müəssisələrinə, müvəqqəti saxlama təcridxanalarına və digər növ müəssisələrə baş çəkmə, yerli özünüidarəetmələrlə görüşlər və benefisyarlarla ünsiyyət daxil olmaqla, departamentin işçiləri vasitəsi ilə Gürcüstanın Xalq Müdafiəçisi Aparatının idarəsinin müvafiq struktur vahidliyinin fəaliyyətini asanlaşdırmaq;
- İnsan hüquq və azadlıqlarının qorunması sahəsində təhsil fəaliyyətləri baxımından tədbirlərin həyata keçirilməsi;
- Elektron iş idarəetmə sistemində Xalq Müdafiəçisi Aparatının regional ofisinə daxil olmuş korrespondensiyanı, ərizə/şikayət və işlə əlaqədar digər növ sənədlərin qeydiyyatı;
- Xalq Müdafiəçisi Aparatının regional ofisində maraqlanan şəxslərin qəbulu, hüquqi məsləhətlərin verilməsi və Xalq Müdafiəçisinin səlahiyyətləri barədə məlumatlandırılması;
- Dövlət və qeyri-dövlət orqanlarının nümayəndələri ilə görüşlərin keçirilməsi, Gürcüstan Xalq Müdafiəçisi Aparatının fəaliyyəti ilə bağlı məsələlərdə onlarla görüşlərdə iştirak etmək;
- İdarənin fəaliyyət xüsusiyyətlərindən qaynaqlanan digər funksiyaları yerinə yetirmək;
Qərbi Gürcüstan bölməsinin fəaliyyət sahəsi aşağıdakı ərazilərə aiddir: a) İmereti, b) Raça-Leçxumi və Kvemo Svaneti, c) Acarıstan Muxtar Respublikası, d) Sameqrelo, Zemo Svaneti, e) Quria. Həmçinin, müxtəlif qrant layihələri çərçivəsində Qərbi Gürcüstan ərazisində işləyən şəxslər bu bölməyə tabedirlər. Qərbi Gürcüstan bölməsinin rəhbərinin əsas iş yeri Kutaisidir.