İctimai məkanda əmək hüquqlarına dair interaktiv tədbir keçirilib
1 May-Beynəlxalq Zəhmətkeşlər Günündə Xalq Müdafiəçisinin nümayəndələri Borjomi şəhərinin ictimai məkanında vətəndaşlar arasında əmək hüquqları və əmək hüquqları sahəsində Xalq Müdafiəçisinin mandatı barədə məlumatlılığın artırılması məqsədilə interaktiv tədbir keçirmişlər.
Tədbir çərçivəsində maraqlanan şəxslər əvvəlcədən hazırladıqları testləri tamamlayıb və onlara aid olan məsələlərlə tanış olublar. Qarşılıqlı əlaqədə müxtəlif yaş və peşə sahibləri iştirak edirdi.
İctimaiyyətə məlum olduğu kimi, Gürcüstanın Xalq Müdafiəçisi ölkədə əmək hüquqlarının lazımi şəkildə həyata keçirilməsi ilə bağlı çağırışlara fərdi qaydada cavab verir və müraciət edən qurumlara müvafiq tövsiyə və təkliflərlə müraciət edir, həmçinin qanunvericilikdəki çatışmazlıqlar və ya qanunvericiliyin icrası ilə bağlı sistemli problemlərin qiymətləndirilməsini parlament hesabatlarında əks etdirir.