Yeni xəbərlər

Şida Kartli, İmereti və Sameqrelo bölgələrində qadınlar və ailə daxili zorakılığı ilə bağlı polis əməkdaşları ilə görüşlər

2022-ci ilin avqust və sentyabr aylarında Gürcüstanın Xalq Müdafiəsi Aparatının Gender şöbəsinin rəisi vəzifəsini icra edən Sofio Rusetski və Gender şöbəsinin baş mütəxəssisi Ana Lobjanidze Şida Kartli (Qori və Xaşuri), İmereti (Kutaisi) və Sameqrelo (Zuqdidi) bələdiyyələrində çalışan Daxili İşlər Nazirliyinin əməkdaşları ilə görüşlər keçirib.

Polis əməkdaşları ilə keçirilən görüşlərdə zorakılığa məruz qalmış qadınların və müxtəlif həssas qruplara aid olan qadınların müdafiə və dəstək xidmətlərinə çıxışı məsələsi müzakirə olunub. Onlar, həmçinin zorakılığın formaları, zorakılığın aşkarlanması və hüquq-mühafizə orqanlarına müraciət edilməsi tendensiyalarını diqqətə çatdırıblar. Görüş zamanı polis əməkdaşları ailə daxilindəki zorakılığı, qadın qətli, qabaqlayıcı tədbirlər, qadınların iqtisadi imkanlarının artırılması və istintaq mərhələsindəki müxtəlif çətinliklərdən danışıblar.

Gürcüstanın Xalq Müdafiəçisi Aparatının Gender Departamenti regionlarda qadın və ailə daxilindəki zorakılığı mövzusunda məlumat xarakterli görüşləri davam etdirir.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)