Qori ali təhsil müəssisələrinin və dövlət məktəblərinin şagirdləri ilə görüş
20-21 aprel 2023-cü il tarixlərində Gürcüstanın Xalq Müdafiəçisi Aparatının əməkdaşları Qvantsa Davitaşvili və Giorgi Kvirikaşvili Qori Dövlət Universitetinin Sosial Elmlər, Biznes və Hüquq fakültəsinin rəhbərliyiylə, professor-müəllim heyətiylə, hüquq fakültəsinin tələbələriylə, Qori şəhər ümumtəhsil məktəblərinin şagird və müəllimləri ilə görüşüblər.
Aparatın əməkdaşları bakalavriat hüquq proqramlarında insan hüquqları hüququnun tədrisinin qiymətləndirilməsi məqsədilə Xalq Müdafiəçisi tərəfindən dərc edilmiş xüsusi hesabatın nəticələrini və tövsiyələrini universitet rəhbərliyinə və akademik heyətə təqdim ediblər. Xalq müdafiəçisinin nümayəndələri ali təhsil müəssisələrində istifadə olunan tədris materiallarının öyrənilməsi istiqamətində tələbələrə və rəhbərliyin nümayəndələrinə Xalq Müdafiəçisi təcrübəsini təqdim ediblər.
Həmçinin Qori şəhər ümumtəhsil məktəblərinin şagirdləri və mülki təhsil müəllimləri ilə görüşlər keçirilib.Görüş zamanı məktəblərdə insan hüquqlarının tədrisinin keyfiyyəti və bu istiqamətdə qarşıda duran vəzifələr müzakirə olunub. Müzakirə zamanı iştirakçılar məktəb dərsliklərinin məzmununun öyrənilməsi baxımından aparatın tapıntılarını da təhlil ediblər.
Tədbirlər “Gürcüstanın Xalq Müdafiəçisi Aparatınvə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) arasında Qrant Sazişinin USAID-PDO Tərəfdaşlıq Proqramı”nın dəstəyi ilə həyata keçirilib.