Erkən/uşaqlıq nikahları və bu problemin həlli yolları ilə bağlı görüş
29 yanvar 2024-cü il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani Etnik Azlıqlar Şurasının Xalq Müdafiəçisi ilə görüşündə iştirak etdi, burada erkən/uşaqlıq nikahları və bu problemin həlli yolları müzakirə edildi.
Görüşdə erkən nikahların aradan qaldırılması istiqamətində praktikada həyata keçirilən qanunvericilik və normativ hüquqi aktlardan, bu problemin tarixi-mədəni aspektlərindən danışılıb, Kvemo Kartli, Samtsxe-Cavaxeti və Kaxeti bölgələrində, o cümlədən məktəblərdə vəziyyət müzakirə edilib. Həmçinin erkən/uşaq nikahlarının aradan qaldırılması və qarşısının alınması istiqamətində dövlət tərəfindən həyata keçirilən siyasət təqdim olunub.
Tədbirdə Parlamentin Gender Bərabərliyi Şurasının sədri Nino Tsilosani, Gürcüstan hökumətinin və ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.