Yeni xəbərlər

Xalq Müdafiəçisi əmək münasibətlərində cinsi sıxışdırma - xidmət əvəzində xidmət – müəyyən etdi

Xalq Müdafiəçisi “Faktor Qrup” MMC-də işləyən qadına qarşı cinsi qsıxışdırma faktını müəyyən edib və 5 iyul 2022-ci il tarixdə şirkətin direktoruna tövsiyə ilə müraciət edərək, gələcəkdə işçilərə cinsi sıxışdırma yaratmamağa, təhqiredici, alçaldıcı və/və ya onların ləyaqətinə uyğun olmayan mühit yaratmağa çağırıb.

Xalq Müdafiəçisinin Aparatında ərizəçinin maraqlarını “Safari” AİP təmsil edib.

İşin faktiki hallarına görə, xidmətə başlayandan az sonra şirkət direktoru ərizəçi ilə xidmətdən kənar məsələlərlə bağlı sistemli yazışmalara başlayıb. Yazışmalarında o, qadının xarici görünüşünü vurğulayır və onun karyera yüksəlişinin onun davranışından asılı olduğunu eyham edirdi. Qadın işəgötürənə kişi dostu olduğunu və şəxsi məsələlərlə bağlı müdiri ilə ünsiyyətdə olmağın onun üçün xoşagəlməz və qəbuledilməz olduğunu başa saldıqdan sonra direktor işçinin fəaliyyətindən narazılığını bildirməyə başlayıb. Nəticədə qadın işini tərk etməli olub.

İş üzrə halların və sübutların təhlili göstərdi ki, təqsirləndirilən şəxs (şirkət direktoru) tərəfindən arzuolunmaz seksual xarakterli yazışmalarda özünü göstərən cinsi sıxışdırma olub. Maraqlıdır ki, qeyd olunan işdə dövlət müdafiəçisi ilk dəfə cinsi sıxışdıramanın növünü - "Xidmət əvəzində xidmət (Quid Pro Quo)" müəyyən edib.

Qeyd olunanları nəzərə alaraq, Xalq Müdafiəçisi öz tövsiyəsində şirkət rəhbərini cinsi sıxışdırmanın qarşısını almaq üçün iddia edilən cinsi sıxışdırma faktı ilə bağlı şikayət və araşdırma prosedurlarını özündə əks etdirən daxili təşkilati sənəd hazırlamağa çağırıb.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)