Xalq müdafiəçisi Gürcüstan vətəndaşlarını Novruz bayramı münasibətilə təbrik edib
21 mart 2025-ci il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani Marneuliyə gələrək əhalini Novruz bayramı münasibətilə təbrik edib.
"Bizim gücümüz müxtəlifliyimizdə, tolerantlığımızda, müxtəlif etnik mənsubiyyətə, müxtəlif dini mənsubiyyətə və ya ümumilikdə müxtəlif insanları qəbul etməyimizə bağlıdır. Bu müxtəliflik Gürcüstanı bu günə gətirib və ümid edirəm ki, gələcəkdə də bunu davam etdirəcək", - deyə Xalq Müdafiəçisi bildirib.