Xalq Müdafiəçisi Fərdi Məlumatların Beynəlxalq Mühafizəsi Gününə həsr olunmuş tədbirdə iştirak edib
28 yanvar 2024-cü il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Beynəlxalq Fərdi Məlumatların Mühafizəsi Gününə həsr olunmuş tədbirdə iştirak etmişdir.
Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani salamlama nitqində şəxsi məlumatların qorunmasının vacibliyindən danışdı, xalq Müdafiəçisi Aparatı ilə Fərdi Məlumatların Mühafizəsi Xidməti arasında sıx əməkdaşlığı vurğuladı və ümidvar olduğunu bildirdi ki, insan hüquqlarının müdafiəsi standartı bundan sonra iki qurumun birgə səyi ilə ölkədə daha da yaxşılaşacaqdır.
Parlament üzvlərinin, Gürcüstan hökumətinin, akademik sahənin və qeyri-hökumət sektorunun nümayəndələrinin iştirak etdiyi iclasda “Fərdi məlumatların mühafizəsi haqqında” qanundan danışıblar. Qanun 2024-cü il martın 1-dən qüvvəyə minəcək.
Tədbirdə fərdi məlumatların mühafizəsinin yeni standartı, qanunun tətbiqi prosesi və Fərdi Məlumatların Mühafizəsi Xidməti tərəfindən həyata keçirilən tədbirlərə baxış keçirilib.
Qeyd edək ki, Gürcüstan 2023-cü ildə Avropa Məlumatların Mühafizəsi Şurasının (EDPB) fəaliyyətinin müşahidəçisi statusu qazanıb.