Xalq Müdafiəçisi Ozurgeti bələdiyyəsinin Laituri şəhərindəki 1 saylı cəzaçəkmə müəssisəsində olub
25 aprel 2024-cü il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani Ozurqeti bələdiyyəsinin Laituri şəhərində yerləşən 1 saylı cəzaçəkmə müəssisəsinə baş çəkdi, məhbuslarla, o cümlədən ömürlük məhbuslarla və administrasiya rəhbərliyi ilə söhbət etdi.
Xalq Müdafiəçisi müəssisənin ərazisinə, məhkumların yaşayış və hamam otaqlarına, mətbəxə və tibb məntəqəsinə, məhkumların reabilitasiyası üçün zəruri olan ümumi yerlərin vəziyyətinə və onların məhdud imkanları olan şəxslərin, o cümlədən görüş və qəbullar üçün nəzərdə tutulmuş otaqlara əlçatanlığına baxıb.
Laituri Penitensiarının ərazisində kitabxana, rəqəmsal avadanlıqla təchiz olunmuş tədris auditoriyası var ki, burada məhkumlar onlayn rejimdə tədris prosesində iştirak etmək və ali təhsil almaq imkanı əldə edirlər.
Xalq Müdafiəçisi məhkumlarla söhbət edərkən insan hüquqlarının müdafiəsinin vəziyyəti və ömürlük azadlıqdan məhrumetmə cəzasının şərti olaraq vaxtından əvvəl azad edilməsi mexanizminin səmərəliliyi ilə maraqlanıb.
Xalq Müdafiəçisi penitensiar və digər qapalı müəssisələrdə monitorinqi davam etdirir.