Xalq Müdafiəçisi 11 saylı yetkinlik yaşına çatmayanlar üçün olan cəzaçəkmə müəssisəsində olub
25 oktyabr 2023-cü il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani 11 saylı yetkinlik yaşına çatmayanlar üçün cəzaçəkmə müəssisəsinə baş çəkdi; O, müəssisənin infrastrukturuna, yaşayış binasına, yeməkxanaya və digər yardımçı obyektlərə baxış keçirib, müəssisə rəhbərliyi və məhkumlarla söhbət edib.
Levan İoseliani müəssisənin təhsil proqramlarının və reabilitasiya xidmətlərinin tətbiqi və icra vəziyyəti ilə tanış olub.
Xalq müdafiəçisi penitensiar müəssisələrə nəzarəti davam etdirir.