Xalq Müdafiəçisi Levan İoseliani Acarıstandakı sərhəd-keçid məntəqələrində olub
Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani və Xalq Müdafiəçisinin birinci müavini Tamar Qvaramadze Acarıstandakı Sarfi sərhəd-keçid məntəqəsinə, Sərhəd Polisinin Sarfi sektoruna və Batumi Beynəlxalq Hava Limanına baş çəkib, axının idarə olunması prosesində sərnişinlərin hüquqi vəziyyəti ilə tanış olublar.
Xalq Müdafiəçisi həm sərnişinlərin giriş-çıxışı, həm də ləngimə yerlərini, yoxlama prosedurlarını, sərhəd-keçid qaydalarına əməl olunma dərəcəsini yerində yoxlayıb.