Xalq Müdafiəçisi Hanukka bayramına həsr olunmuş tədbirdə iştirak edib
13 dekabr 2023-cü il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani Hanukka bayramına həsr olunmuş tədbirdə iştirak etmişdir.
Xalq Müdafiəçisi gürcü və yəhudi xalqları arasında çoxəsrlik dostluq münasibətindən danışıb, menorada şam yandırıb, İsrail Dövlətinin vətəndaşlarına sülh, firavanlıq və xoşbəxtlik arzulayıb.
Tədbir Yəhudi Mədəniyyət və Təhsil Fondu və “Esta” Gürcü və Yəhudi Qadınların Ümumdünya Assosiasiyası tərəfindən təşkil olunub.