Xalq müdafiəçisi Batumidəki müvəqqəti gecə sığınacağına baş çəkdi
7 avqust 2020-ci il tarixində Gürcüstanın xalq müdafiəçisi Nino Lomcaria Batumidəki müvəqqəti gecə sığınacağına baş çəkdi. Xalq müdafiəçisinin sözlərinə görə, sığınacaq infrastrukturu minimum standartlara cavab vermir, bina köhnəlib və dərhal bərpa olunmalıdır.
50 nəfərlik sığınacaqdan faydalananlar mütəmadi olaraq bir gecədə yerləşmə və yeməkdən, tibbi xidmətlərdən istifadə edirlər. Ancaq binanın infrastrukturu yerində yemək hazırlamağa imkan vermir, gigiyenanı qorumaq da çətindir.
Sığınacaq sakinləri ərazini saat 10:00-dan 19:00-a qədər tərk etməli olduqlarına görə, faydalananlar daxili protokoldan narazı olduqlarını bildirirlər. Ətraf mühit şərtləri səbəbindən sığınacaqda yaşayan insanlar bölgədəki qalma müddətlərinin uzadılmasını xahiş edirlər.