Xalq Müdafiəçisi aparatda çalışan müharibə veteranlarını mükafatlandırıb
17 oktyabr 2023-cü il tarixində Veteranlar Günü münasibətilə Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani və DTX-nin Veteranlarla İş üzrə Dövlət Xidmətinin direktoru, general-mayor Koba Kobaladze aparatda çalışan müharibə veteranlarını ordenlə təltif ediblər, təşəkkür məktubları və hədiyyələr veriblər.
Xalq müdafiəçisi əməkdaşları Veteranlar günü münasibətilə təbrik edib, onlara Vətənin müdafiəsinə verdikləri töhfələrə görə təşəkkür edib və onların hər birinin fədakarlığının gələcək nəsillər üçün örnək olduğunu qeyd edib.
Gürcüstanın Xalq Müdafiəçisi ona verilən mandat çərçivəsində veteranların hüquqlarının müdafiəsi istiqamətində fəal iş aparır. O cümlədən, veteranların sosial hüquqları ilə bağlı müxtəlif vaxtlarda aparat 3 konstitusiya iddiası hazırlayıb.
Konstitusiya iddiası (№1363) veteranların pensiya yaşından əvvəl mənzil subsidiyaları almasını qadağan edən qanunun konstitusiyaya uyğunluğu ilə bağlı idi. Əlamətdar haldır ki, yuxarıda qeyd olunan konstitusiya iddiası hökumətin müvafiq dəyişiklikləri həyata keçirməsi və konstitusiya iddiasında mübahisəli məhdudiyyətin dəyişdirilməsi üçün əsas oldu.
Konstitusiya iddiası (№ 1755) mənzil müavinəti alan məhdud imkanlı veteranların məhdud imkanlılığına görə müavinət və mənzil müavinətini eyni vaxtda almasını yolverilməz edən qanunvericiliyə etiraz edir.
Konstitusiya iddiası ilə (№ 1773) Xalq Müdafiəçisi veteranın ictimai fəaliyyətlə məşğul olduğu halda ev təsərrüfatları üçün subsidiya almaq hüququnun dayandırılması qaydasını mübahisələndirir.